İspaniya klubunda məşqçi istefası
12.04.2016 - 01:13
La Liqa təmsilçisi "Xetafe" baş məşqçisi Fran Eskribayla yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, bu barədə klubdan açıqlama verilib.
Yeni baş məşqçinin adı hələ ki, bəlli deyil.
Qeyd edək ki, Eskriba 2015-ci ilin iyun ayında "Xerafe"nin "sükanı arxasına" keçmişdi. Komanda cari mövsümdə 28 xalla 19-cu pillədə qərarlaşıb. "Xetafe" La Liqada qalmağa imkan verəcək 17-ci pillədən 2 xal geri qalır.
0
0