İspaniya millisində 25 oyunçu
05.11.2016 - 00:50
İspaniya millisində 25 oyunçu

DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində Makedoniya və hazırlıq matçında İngiltərə ilə qarşılaşacaq İspaniya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Xulen Lopeteqi cəmi 25 futbolçuya dəvət göndərib.

 

İspaniya yığmasının heyəti aşağıdakı futbolçulardan ibarətdi:

 

Qapıçılar: David de Xea (“Mançester Yunayted”), Pepe Reyna ("Napoli"), Serxio Asenxo ("Vilyareal")

 

Müdafiəçilər: Naço Fernandes, Daniel Karvaxal (hər ikisi "Real"), Mark Bartra ("Borussiya"), İnyiqo Martines ("Real Sosyedad"), Sesar Aspilikueta ("Çelsi"), Naço Monreal ("Arsenal"), Serxio Eskudero ("Sevilya")

 

Yarımmüdafiəçilər: Serxi Roberto, Serxio Buskets (hər ikisi "Barselona"), Ander Herrera ("Mançester Yunayted"), Koke ("Atletiko"), İsko ("Real"), Tiaqo Alkantara ("Bavariya"), David Silva ("Mançester Siti"), Xuan Mata ("Mançester Yunayted")

 

Hücumçular: Lukas Vaskes, Alvaro Morata (hər ikisi "Real"), Xose Kallehon ("Napoli"), Vitolo ("Sevilya"), Dieqo Kosta ("Çelsi"), Nolito ("Mançester Siti"), Aris Aduris ("Atletik" Bilbao)