İspanlar Paolo Maldinini mükafatlandıracaq
26.04.2016 - 00:15
İspaniyanın “Atletik” klubu keçən il təsis etdiyi “Bir klubun adamı” mükafatının budəfəki laureatının adını açıqlayıb. Apasport.az saytının AS nəşrinə istinadən məlumatına görə, bilbaolular bütün karyerası ərzində sadəcə bir komandada forma geyinən oyunçulara veridiyi mükafatı bu dəfə Paolo Maldiniyə təqdim edəcək.
“Milan”ın və İtaliya millisinin keçmiş müdafiəçisi 1984-cü ildən 2009-cu ilə kimi, düz 25 il “rassionerilər”in şərəfini qoruyub.
Əfsanəvi futbolçunun mükafatı həftəsonu “Atletik” – “Real Sosyedad” matçının fasiləsində təqdim olunacaq.
0
0