İtaliya klubu bir mövsümdə 8-ci məşqçini qovdu
11.04.2016 - 19:27
İtaliya klubu bir mövsümdə 8-ci məşqçini qovdu

İtaliya A seriyası klublarından "Palermo" baş məşqçi Valter Novellinonu qovub. Apasport.az saytının “SKY İtalia”ya istinadən məlumatına görə, 62 yaşlı mütəxəssis çempionatın son turunun "Latsio"ya qarşı ev oyunundakı məğlubiyyətdən (0:3) sonra postundan kənarlaşdırlıb.

 

Maraqlıdı ki, Novellino cari mövsümdə, Siciliya klubunun baş məşqçi postundan qovulan 8-ci məşqçidi. O, martın 10-da komandanın "sükanı arxasına" keçmişdi.

 

Məlumat üçün bildirək ki, komanda mövsümə Cüzeppe Yakini ilə start götürmüşdü. Lakin məşqçi ötən ilin noyabrında vəzifəsindən ayrılmışdı. Ondan sonra növbə ilə David Ballardini, Fabio Viviani, Barros Şelotto, Covanni Tedesko və Covanni Bosi və Yakini yenidən komandanın “sükanı arxası”na gətirilib və göndərilib.

 

Qeyd edək ki, hazırda hesabında 28 xal olan "Palermo" 18-ci pillədə qərarlaşıb.