İtaliya A seriyasının XXXVIII turu çərçivəsində keçirilmiş “Napoli” – “Frozinone” matçı ilə şübhələr yaranmağa başlayıb. Apasport.az saytı İtaliya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yerli prokurorluq ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşan görüşlə bağlı araşdırmalara start verib.
Belə ki, mayın 14-də keçirilmiş matçdan öncə bukmeker kontorları “Frozinone”nin oyunçusunun meydandan qovulacağı ilə bağlı çoxlu pul qoyuluşu qəbul edib. Artıq 13-cü dəqiqədə qonaqların yarımmüdafiəçisi Mirko Qori qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub.
Bundan şübhələnən prokurorluq araşdırma aparmaq qərarına gəlib.
Qeyd edək ki, “Napoli” 82 xalla mövsümü ikinci pillədə başa çatdırıb. “Frosinone” isə A seriyası ilə vidalaşıb.