İtaliyanın ən yaxşısı bəlli oldu
03.01.2016 - 19:38
İtaliya milli komandasının 2015-ci ildə ən yaxşı futbolçusu bəlli olub. Apasport.az saytının məlumatına görə, PSJ-nin üzvü Marko Veratti keçirilən virtual səsvermədə hər kəsi qabaqlayıb.
Bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Azarkeşlər arasında keçirilmiş sorğu gərgin keçib və ilk üç yerdə qərarlaşmış futbolçular cüzi fərqlə bir-birini qabaqlayıblar.
Belə ki, qalib gələn Veratti 29, ikinci yerin sahibi Buffon 26, üçüncü olan Kandreva isə 21% səs toplayıb.
0
0