Joze Mourinyonun köməkçisi qovuldu
06.10.2016 - 21:01
Joze Mourinyonun köməkçisi qovuldu

Türkiyə Super Liqasında mübarizə aparan “Antalyaspor”un baş məşqçisi Joze Morais vəzifəsindən qovulub. Apasport.az saytının məlumatına görə, komandanın mövsümə bərbad başlaması və uğursuz çıxışı rəhbərliyi bu addımı atmağa vadar edib.

 

Türkiyə mətbuatı iddia edir ki, artıq onun yerinə artıq namizəd də tapılıb. Deyilənə görə, klub rəhbərliyi Rıza Çalımbayla danışıq aparır.

 

Qeyd edək ki, daha çox köməkçi məşqçi kimi tanınan portuqaliyalı mütəxəssis uzun illər Joze Mourinyo ilə birlikdə işləyib. O, “Portu”, “İnter” və “Real”da Mounun yardımçılığını edib.