Joze Mourinyonun köməkçisi türk klubu ilə anlaşdı
03.01.2016 - 18:02
Joze Mourinyonun köməkçisi türk klubu ilə anlaşdı

Mövsümün əvvəlində Samuel Eto`Onu heyətinə qataraq, “transfer bombası partladan” “Antalyaspor” daha bir səs-küylü keçidə imza atmaq üzrədi. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, antalyalılar bu dəfə yeni baş məşqçi ilə anlaşıblar.

 

Uzun müddət müxtəlif komandalarda Joze Mourinyonun köməkçisi kimi çalışmış Manuel Morais Superliqa təmsilçisi ilə razılığa gəlib. Klubun mətbuat xidmətinin rəhbəri Hasan Ali Ceylanın açıqlamalarına görə, mütəxəssislə sabah müqavilə imzalanacaq.

 

Anlaşmanın 1.5 illik olması nəzərdə tutulub.