Joze Mourinyo və Qus Hiddink daha bir yığma komandanın maraq dairəsindədi. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, adıçəkilən mütəxəssislər İndoneziya millisini çalışdıra bilərlər.
Bunu İndoneziya idman naziri İmam Naxravi deyib. O bildirib ki, ilk olaraq Mourinyo ilə anlaşmağa çalışacaqlar: “Yeni baş məşqçimiz mütləq əcnəbi olmalıdı. Ancaq onun köməkçiləri yerli mütəxəssislər olacaq. Bu, komandada özünəinam hissini qaytarar və futbolçularda döyüşkənliyi artırar. Hazırda bununla bağlı plan hazırlayırıq. İstəyimizin çətin baş tutacağını bilirik. Ancaq Joze Mourinyonu baş məşqçi postuna gətirmək üçün əlimizdən gələni edəcəyik. Əgər onunla razılığa gələ bilməsək, o zaman Qus Hiddinkə təklif göndərəcəyik”.
Qeyd edək ki, İndoneziya yığması hazırda FİFA reytinqində 185-ci pillədə qərarlaşır.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı