Kapello “Milan”ı rədd etdi
08.03.2016 - 20:24
Mövsümün sonunda Sinişa Mihayloviçlə yollarını ayıracağı gözlənilən "Milan" yeni məşqçi axtarışlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi italiyalı mütəxəssis Fabio Kapelloya təklif göndərib.
"Milan"ın prezidenti Silvio Berluskoni şəxsən özü Kapelloya zəng edib. Lakin 69 yaşlı mütəxəssis "Milan"ı çalışdırmaq istəməyib.
Qeyd edək ki, "Milan" A seriyasında 28 turdan sonra 44 xalla 6-cı pillədə qərarlaşıb.
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
- Bu günün futbol matçları – Hansı oyun hansı kanalda?
0
0