“Real”ın hücumçusu Kərim Benzema yenidən Fransa yığmasında çıxış edə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre deyib.
“Goal.com” nəşrinə açıqlama verən federasiya başçısı əgər məlum şantaj qalmaqalı üzrə məhkəmə yekunlaşarsa və Benzemanın günahsızlığı sübut olunarsa, onun yenidən ölkəsinin əsas millisinə dönə biləcəyini qeyd edib. Ancaq bütün hallarda son qərar yenə baş məşqçi Didye Deşamın olacaq.
Qeyd edək ki, Kərim Benzema millidən komanda yoldaşı Matyu Valbuenanı şanatj etməkdə təqsirli bilinir. O, öz ölkəsində keçirilən AÇ-2016-nın final mərhələsində yığmadan kənarda qalmışdı.