Keyn Anriyə çatdı
02.01.2017 - 15:52
Keyn Anriyə çatdı

“Tottenhem”in futbolçusu Harri Keyn İngiltərə Premyer Liqasının ən məhsuldar futbolçuları siyahısına daxil olub. Apasport.az saytının məlumatına görə, çempionatda 100-cü matçını keçirən hücumçu qol sayını 59-a çatdırıb.

 

Britaniyalılar Premyer Liqada ilk 100 oyununda ən çox qol vuranların cədvəlini tərtib edib. Məlum olub ki, Keyn kimi Tyerri Anri də eyni məhsuldarlıqla seçilib.

 

Mütləq rekord isə Alan Şirerə məxsusdu. O, debütdəki 100 görüşdə 79 dəfə fərqlənib. 2-ci pillədə Ruud van Nistelroydu – 68 qol. 64 dəfə fərqlənən Serxio Aquero isə 3-cüdü.