Kiyevdə “Beşiktaş” azarkeşini döydülər
06.12.2016 - 12:16
Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində bu gün baş tutacaq “Dinamo” (Kiyev) – “Beşiktaş” oyunu öncəsi xoşagəlməz hadisə yaşanıb. Apasport.az saytının Türkiyə mətbuata istinadən məlumatına görə, iki klubun azarkeşləri arasında qarşıdurma yaşanıb.
Hadisə Kiyevin mərkəzi küçələrindən birində olub. Azarkeşlər arasında mübahisə dava-dalaşa səbəb olub. Nəticədə türkiyəli fanatlardan birinin barmağı qırılıb.
Qeyd edək ki, “Dinamo” – “Beşiktaş” görüşü Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0