“Mançester Siti” futbol klubunun kapitanı Vensen Kompani Çempionlar Liqasının 1/8 finalında “Barselona”ya qarşı şansları barədə danışıb. Apasport.az saytının məlumatına görə, Kompani onun üzərinə böyük məsuliyyət düşdüyünü, komandanın isə öz imkanlarından maksimum istifadə etməli olduğunu vurğulayıb.
Müdafiəçinin fikrincə, “Mançester Siti”yə birinci olaraq qol vurmaq lazımdır: “Hər bir futbolçu nə etmək lazım olduğunu bilir. Mənim müdafiəçi kimi vacib rolum var. Amma məşqçimiz hələlik heyəti açıqlamayıb. Əgər mən oynasam, üzərimə böyük məsuliyyət düşür. Və əgər biz birinci olaraq qol vursaq, şansımız qalır. Hamımız maksimum oyunumuzu göstərməliyik. Əks halda heç nə əldə edə bilməyəcəyik. Bizim artıq müsbət təcrübəmiz var. Futbol məhz belə axşamlar üçün yaradılıb. Əgər inansan, istəyinə nail ola bilərsən. Hazırda komandamız güclüdür. Biz Çempionlar Liqasında yaxşı çıxış edirik və istəyirik Ki, bu axşam bizim komandamız üçün xüsusi olsun”.
Xatırladaq ki, “Barselona” birinci oyunda səfərdə 0:2 hesabı ilə qələbə qazanıb.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"