Kristiano Ronaldo rekorda ortaq oldu
13.04.2016 - 01:42
Kristiano Ronaldo rekorda ortaq oldu

Çempionlar Liqasının 1/4 final cavab qarşılaşmasında öz meydanında “Volfsburq”u məğlub edən (3:0) “Real” yarımfinala yüksəlib. Apasport.az saytının məlumatına görə, matçda “het-trik” edən Kristiano Ronaldo qollardan birini cərimə zərbəsindən vurub.

 

Bu, portuqaliyalı futbolçunun qitənin ən nüfuzlu kub turnirində vurduğu 11-ci belə qoldu. Ümumilikdə divlər liqasında 36 oyun keçirmiş Ronaldo 34 qol vurub ki, bunun da 11-i cərimə zərbəsindən reallaşıb.

 

Bu nəticə ilə isə o, “Yuventus”un əfsanəvi futbolçusu Alessandro Del Pyeronun bu sahədəki rekorduna ortaq olub.