İspaniya La Liqasının rəhbərliyi yerli futbol federasiyasına müraciət ünvanlayıb. Apasport.az saytının məlumatına görə, müraciətdə La Liqa rəhbərliyi federasiyadan yerli çempionatın oyunlarında mübahisəli vəziyyətlərin həlli üçün videotəkrar texnologiyasından istifadəyə icazə verilməsini xahiş edib.
Liqa rəhbərliyi bunun üçün ilk növbədə ölkə kuboku və superkuboku oyunlarında bu sistemin test edilməsinin mümkünlüyünü qeyd edib.
Qeyd edək ki, bu üsuldan ilk dəfə bir neçə gün öncə keçirilmiş İtaliya - Fransa yoxlama oyununda (1:3) istifadə edilib. Oyundan sonra FİFA prezidenti Canni İnfantino videotəkrar texnologiyasından DÇ-2018-in oyunlarında istifadənin mümkün olduğunu deyib.