Mançester derbisində növbəti itki
03.09.2016 - 21:00
“Mançester Siti”nin belçikalı futbolçusu Vensan Kompani İngiltərə Premyer Liqasının növbəti turunda “Mançester Yunayted”lə görüşü buraxacaq. Apasport.az saytının məlumatına görə, baş məşqçi Xosep Qvardiola onun istirahət etməsinə qərar verib.
Belə ki, ağır zədədən yeni qayıtmış təcrübəli müdafiəçinin səhhətinin yenidən riskə atılması məqbul görülməyib.
Qeyd edək ki, "Mançester Siti"nin hücumçusu Serxio Aquero da cəzalı olduğu üçün sentyabrın 10-da baş tutacaq Mançester derbisində oynamayacaq.
0
0