Maradonadan növbəti qalmaqal - VİDEO
27.10.2014 - 22:15
Maradonadan növbəti qalmaqal - VİDEO

Dieqo Maradona yenidəm qalmaqal yaradıb. Apasport.az saytının məlumatına görə, adı həmişə qalmaqallarda hallanan Argentinana milli komandasının sabiq hücumçusu bu dəfə sevgilisi Rosio Olivanı döyüb.

 

Belə ki, spirtli içki qəbul edən əfsanəvi futbolçu sevgilisinin onun yanında olarkən telefona baxmasına əsəbiləşib. Daha sonra Maradona Olivanın yanına gələrək, ona yumruq atıb.

 

Qeyd edək ki, daha əvvəl 1986-cı ilin dünya çempionu oğlu ilə teatra yollanan zaman jurnalistlər onun qarşısını kəsib, müsahibə almaq istəyərkən, media nümayəndələrinə əl qaldırıb. Bir müddət əvvəl isə Dieqo Xorvatiyada bir gecə klubunun çıxışında onunla şəkil çəkdirmək istəyən fanatı döyüb.

0