[b]Mario Götze “Borussiya”ya qayıtdı[/b]
21.07.2016 - 16:37
Almaniya yığmasının futbolçusu Mario Götze “Bavariya” ilə yollarını ayırıb. Apasport.az saytı “Bild”ə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi sabiq komandası “Borussiya”ya qayıdıb.
Məlumatı Dortmund klubunun rəsmiləri də təsdiqləyiblər. Götze “Borussiya” ilə 2020-ci ilə qədər nəzərdə tutulmuş müqavilə imzalayıb. Bu keçidin dortmundlulara təxminən 25 milyon avroya başa gəldiyi bildirilir.
Qeyd edək ki, Götze 2013-cü ildə “Bavariya”ya məhz “Borussiya”dan keçmişdi.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0