[b]Messi-Ronaldo davası ölümlə nəticələndi[/b]
07.03.2016 - 13:56
[b]Messi-Ronaldo davası ölümlə nəticələndi[/b]

Dünyanın ən güclü iki futbolçusu Lionel Messi ilə Kriştianu Ronaldo arasındakı rəqabət hansının ən yaxşı olduğu ilə bağlı mübahisələri getdikcə artırır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Hindistanda iki nəfər arasında yaranan “Messi, yoxsa Ronaldo” söz-söhbəti qanlı bitib.

 

Hindistan polisi tərəfindən verilən məlumatda bildirilib ki, Nigeriya əsilli iki gənc dostun ad günü yığıncağında başlatdığı mübahisə cinayətlə nəticələnib.

 

Ronaldo heyranı olan və 34-cü doğum gününü qeyd edən Obinna ilə Messi fanatı olan yaxın dostu Nvabu yığıncaq zamanı bununla bağlı söz davasına çıxıblar.

 

Nəticədə qəzəblənən Obinna bardağı dostuna tərəf atıb. Nvabu isə qırılan bardağın bir parçasını götürərək Obinnaya bir neçə zərbə vurub.

 

Təqsirkar ordan qaçmağı bacarsa da, çox keçmədən yaxalanıb. Lakin Obinna hadisə yerindəcə vəfat edib.