Messi 1000-i yarıladı
31.12.2015 - 00:09
Messi 1000-i yarıladı

La Liqanın XVII turu çərçivəsində baş tutan və hazırda davam edən “Barselona” - “Betis” qarşılaşması meydan sahiblərinin super ulduzu Lionel Messi üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, sözügedən qarşılaşma argentinalının katalonların heyətində meydana çıxdığı 500-cü matçdır.

 

2004-cü ildən bu komandanın şərəfini qoruyan Leo bu müddətdə klubu ilə 26 komanda mükafatı qazanıb. 7 dəfə İspaniya çempionu olan futbolçu, 4 dəfə də Çempionlar Liqasının qalibi olub. 3 dəfə İspaniya kuboku, bir o qədər də klublararası dünya çempionluğunu qazanmış Messi, UEFA Superkubokunun və altıqat İspaniya Superkubokunun qalibidi.