Messi 500-ü keçdi
04.02.2016 - 11:28
“Barselona” klubunun və Argentina yığmasının futbolçusu Lionel Messi 500 qol səddini aşıb. Apasport.az saytı xəbər verir ki, bu, İspaniya Kubokunun yarımfinal mərhələsinin “Valensiya” ilə keçirilən ilk oyununda baş verib.
Komandasının 7:0 hesablı qələbə qazandığı görüşdə Messi het-trik edib. Nəticədə 28 yaşlı hücumçu karyerası ərzində vurduğu qolların sayını 501-ə çatdırıb.
Qeyd edək ki, “Qızıl top” mükafatının 5 qat qalibi bu qollardan 436-na “Barselona”nın, 65-nə isə Argentina yığmasının heyətində imza atıb.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0