“Barselona”nın “qol maşını” Lionel Messi La Liqanın XXIX turu çərçivəsində “Selta”ya qarşı oynaya biləcək. Apasport.az saytının məlumatına görə, hücumameyilli yarımmüdafiəçi bu görüşə hazırdı.
Messi zədəsinə görə Argentina yığmasının keçirdiyi yoxlama görüşlərində forma geyinməmişdi. Buna rəğmən, o, “Barselona”nın çempionat matçında komandasını tək buraxmamağı lazım bilib. Sağ dabanında ağrı hiss edən Messi zədəli halda olsa belə, “Selta” ilə görüşə çıxmağa hazırdı.
Baş məşqçi Luis Enrikeyə hazır olduğunu deyən Messi çox güman ki, start heyətdə meydana çıxacaq.
Qeyd edək ki, “Selta” – “Barselona” görüşü aprelin 5-də, saat 00:00-da keçiriləcək.