Messi Puyola çatdı, hədəfdə İnyesta və Xavi var
20.04.2017 - 00:02
Messi Puyola çatdı, hədəfdə İnyesta və Xavi var

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşması çərçivəsində “Yuventus”la oyun “Barselona”nın futbolçusu Lionel Messi üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, argentinalı ulduz bu qarşılaşma ilə birlikdə “Barselona” forması ilə 115-ci ÇL matçına çıxıb.

 

O, bu göstəricidə Karles Puyola çatıb və sıralamada 3-cü pillədə qərarlaşıb.

 

İlk iki yerdə isə Xavi Hernandes və Andreas İnyesta qərarlaşıb. Onlar qitənin ən nüfuzlu klub turnirində “Barselona” forması ilə uyğun olaraq 151 və 122 oyun keçiriblər.