Messinin bir addımı 58 avrodu
01.02.2016 - 13:48
Messinin bir addımı 58 avrodu

“Barselona”nın hücumçusu Lionel Messi rekord məbləğdə yeni müqavilə imzalamağa hazırlaşır. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, argentinalı futbolçunun illik qazancı da 39,4 milyon avro təşkil edəcək.

 

İspan həmkarlarımız 29 yaşlı oyunçunun yeni sözləşməyə görə, hətta addımbaşı qazancını da hesablayıblar. 90 dəqiqə ərzində orta hesabla hər görüşdə 8211 metr qaçan Leonun 1,33-lük addımı 1 metrdi. Bu isə o deməkdi ki, futbolçu hər matçda 10 min 921 addım atır. Yeni müqaviləyə əsasən isə Messi meydandakı hər addımında 58 avro qazanacaq.

 

Qeyd edək ki, hazırda dünyanın ən çox məvacib alan futbolçusu olan Messi yeni sazişlə öz rekordunu yeniləyəcək.