Messinin transfer qiyməti açıqlandı
29.12.2015 - 18:34
“Barselona” aparıcı futbolçusu Lionel Messini “Mançester Siti”yə satmağa hazırdı. Apasport.az saytının İngiltərə mətbuatına istinadən verdiyi məlumata görə, bunun üçün “şəhərlilər” 160 milyon avrolarından keçməlidilər.
Premyer Liqa klubu qarşı tərəfə rəsmi təkliflə artıq müraciət edib. Əgər bu keçid baş tutsa, “Mançester Siti” transferə ən çox pul xərcləyən klub adına yiyələnəcək.
Qeyd edək ki, dünya futbolunda bu vaxta qədər ən baha transferi Madrid “Real”ı gerçəkləşdirib. “Qalaktikos” 2013-cü ildə 100 milyon avro qarşılığında Qaret Beyli “Tottenhem”dən almışdı.
0
0