Meydan sahiblərindən 5 qol
03.02.2016 - 09:00
Meydan sahiblərindən 5 qol

Futzal üzrə Avropa çempionatının final mərhələsinə start verib. Apasport.az saytının məlumatına görə, Serbiyada təşkil olunan yarışın ilk oyun günündə iki qarşılaşma baş tutub.

 

A qrupunda keçirilən açılış oyununda meydan sahibləri Sloveniya qarşılaşıb. Serbiya yığması balkanlıların duelində 5:1 hesabı ilə qalib gəlib.

 

Günün digər qarşılaşması B qrupunda keçirilib. Avropanın ən titullu yığması olan İspaniya Macarıstanla görüşüb. 6 qat qitə çempionları 5:2 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, bu gün C və D qruplarında mübarizəyə start veriləcək. Azərbaycan millisi D qrupunun ilk oyununda son Avropa çempionu İtaliya ilə qarşılaşacaq.