Milli komandamızın qapıçısı baş məşqçisiz qaldı
06.03.2016 - 15:39
Milli komandamızın qapıçısı Emil Balayevin heyətində yer aldığı Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu baş məşqçi Armin Fe ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, buna frankfurtluların uğursuz çıxışı səbəb olub.
Bundesliqa klubunun rəsmi saytından verilən xəbərdə Armin Feyə xidmətlərinə görə təşəkkür edilib.
55 yaşlı çalışdırıcının istefaya göndərilməsindən sonra komandanın "sükan"ı arxasına müvəqqəti olaraq köməkçi məşqçi Reyner Geyere gətirilib.
Qeyd edək ki, "Ayntraxt" Bundesliqada 25 turdan sonra 24 xalla 16-cı pillədə qərarlaşıb.
0
0