Millidə yeni baş məşqçi
30.01.2017 - 08:50
Millidə yeni baş məşqçi

Belarus millisinin yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Rusiya mətbuatı ötən ilin dekabrın ayından məşqçisiz qalan yığma Nikolay Pisarevə tapşırılacağını iddia edir.

 

Rusiyalı mütəxəssis Aleksandr Xatskeviçin istefasından sonra boş qalan posta yiyələnəcək. Baş məşqçi dəyişikliyi DÇ-2018-in seçmə mərhələsinin 4 matçından sonra gerçəkləşir.

 

Hazırda Belarus Futbol Federasiyası ilə 48 yaşlı mütəxəssis arasında müqavilənin formal hissələri müzakirə olunur. Yaxın günlərdə isə tərəflər münasibətləri rəsmiləşdirəcək.

 

Qeyd edək ki, Pisarevin son iş yeri Rusiyanın U-21 yığması olub. Bu komanda AVRO-2017-də Azərbaycan millisinin rəqibi olub.