Millimiz Astanaya 18 futbolçu ilə gedir
20.06.2015 - 17:47
Millimiz Astanaya 18 futbolçu ilə gedir

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apapsort.az saytının məlumatına görə, iyunun 21-dən 27-dək Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunacaq “Prezident kuboku” turnirində iştirak edəcək millimizə 18 futbolçu çağırılıb.

 

Bu oyunçulardan 3-ü Türkiyə klublarından, digərləri yerli komandaları təmsil edir: Kamran İbrahimov, Aslan Bədəlzadə, Elçin Əsədov, Bahadur Həziyev, Pilağa Mehdiyev (hamısı “Neftçi”), Aqşin Hüseynov, Fərid Nəbiyev, Cavidan Qasımlı (hamısı “Qəbələ”), Nadir Qasımov, Ceyhun Muxtarlı (hər ikisi “İnter”), Yusif Həsənov, İbrahim Qədirzadə (hamısı “Xəzər Lənkəran”), Metin Gülər, Hüseyin Seyliğli, (hər ikisi “Beşiktaş”, Türkiyə), Məmməd Hüseynov, Süleyman Əhmədov (hər ikisi “Qarabağ”), Doğukan Öksüz (“Trabzonspor”, Türkiyə), Samir Əliyev (“Bakı”), Ricat Qarayev (“Əlincə”).

 

Qeyd edək ki, millimiz iyunun 22-də Belarus, 23-də, Rusiya-2, 25-də Gürcüstanla qarşılaşacaq.