[b]Milli komandamız dünya çempionatında![/b]
12.04.2016 - 21:37
[b]Milli komandamız dünya çempionatında![/b]

Bu gün futzal üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin pley-off matçları keçirilib. Apasport.az saytının məlumatına görə, sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyada keçiriləcək mundiala 7 vəsiqənin sahibi bəlli olub.

 

Azərbaycan millisi öz meydanında Hollandiya ilə qarşılaşıb. Səfərdə 5:1 hesablı qələbə qazanan Tino Peresin yetirmələri Bakı İdman Sarayında rəqibi ilə 4:4 hesablı bərabərə qalaraq, ilki gerçəkləşdirib.

 

İlk matçdakı böyükhesablı qələbənin də verdiyi rahatlıqla meydana çıxan millimiz dramatik keçən oyundan sonra iki qarşılaşmanın nəticəsinə görə mundiala gedən tərəf olub.

 

Tarixində heç vaxt dünya çempionatında oynamayan millimiz Kolumbiyaya vəsiqə qazanıb və ilk dəfə azarkeşlərinə dünya çempionatı sevinci bəxş edib.

 

 

DÇ-2016-nın pley-off mərhələsi

Cavab oyunu

12 aprel

 

Azərbaycan - Hollandiya - 4:4

Qollar: Rizvan Fərzəliyev, 11, Amadeu, 14, Eduardo, 20, Rafael, 26 - Ceyar, 13, Velseober, 16, Musaui, 26, Attaibi, 28

 

Hakimlər: Cerald Bauemfeind (Avstriya), Oleq İvanov (Ukrayna), Moshe Bohbot (İsrail)

UEFA nümayəndəsi: Cristian Vomicu (Rumıniya)

Hakim-inspektor: Antonio Jose Fernando Cardoso (Portuqaliya)

Bakı İdman Sarayı

İlk oyun – 5:1

 

Azərbaycan: 12. Rövşən Hüseynli, 6. Eduardo, 9. Auqusto, 10. Amadeu, 15. Rafael

Ehtiyat oyunçular: 1. Emin Kürdov, 4. Ramiz Çovdarov, 5. Fineo, 7. Rəcəb Fərəczadə, 8. Rizvan Fərzəliyev (kap.), 11. Namiq Məmmədkərimov, 14. Vitali Borisov, 16. Xətai Bağırov, 17. İsa Atayev

Baş məşqçi: Tino Peres 

 

Hollandiya: 1 van Maasbommel(GK) 3 El Ghannouti 4 Ceyar 8 El Morabiti(C) 14 Darri

Ehtiyat oyunçular: 12 Kuyk(GK) 2 St Juste 5 Bouzambou 6 Mossaoui 7 Amrani 9 Velseboer 10 Attaibi 11 Molkarai 13 Beslija

Baş məşqçi: Marsel Losveld

0