Millimiz ilk oyunda məğlub oldu
16.08.2016 - 00:05
Avqustun 14-dən etibarən Belarusun Orşa şəhərində 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayıb. Apasport.az saytının məlumatına görə, hazırlıq prosesi çərçivəsində yığmamız Belarusun müvafiq yaş qrupuna aid komandası ilə yoxlama görüşündə qüvvəsini sınayıb.
Oyun meydan sahiblərinin qələbəsiylə nəticələnib - 1:0.
Toplanış çərçivəsində millimizlə Belarus yığması arasında daha bir yoxlama oyunu keçiriləcək.
(affa.az)
0
0