Millimizdən 5 qol
15.03.2016 - 17:56
Dünya çempionatının pley-off mərhələsinə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, ölkə çempionatında çıxış edən klubların üzvlərindən ibarət yığma komanda ilə qarşılaşan milliniz 5:1 hesablı qələbə qazanıb.
Fineo de Araujonun dubl etdiyi oyunda millinin digər qollarını Auqusto Sezar, Amadeu Fernandes və Xətai Bağırov vurub.
0
0