Millimizdə 24 futbolçu
06.04.2016 - 18:40
Millimizdə 24 futbolçu

Aprelin 11-dən 22-dək Bakıda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, hazırlıqlara 24 futbolçu çağırılıb.

 

Hazırlıq prosesi çərçivəsində millimizin bir neçə yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Toplanışa dəvət olunmuş futbolçular: Elnur Orucov, Süleyman Süleymanov, Amin Seydiyev, Hacıağa Hacıyev, Rövlan Muradov, Maqsud Ələkbərov, Baxışəli Baxışəliyev, Elvin Dəmirov (hamısı “Qəbələ”), Ruslan Bediyev (“Sumqayıt”), Nicat Süleymanov, Yusif Cəfərov (hər ikisi “Bakı”), Ruslan Hacıyev (“Qarabağ”), Tural Bayramlı (“Zirə”), İsmayıl İbrahimli (AZAL), Elcan Rəhimov (“Kəpəz”), Cəlal Hüseynzadə, Əli Əliyev (hər ikisi “Xəzər Lənkəran”), Emin Quliyev (“İnter”), Cabir Ağabalayev (“Rubin”, Rusiya), Samir Musayev (“Kornelia”, İspaniya), Abdul Kerim Dastan (“Fortuna” Düsseldorf, Almaniya), Emil Fərzəliyev (“Panevejis”, Litva), Murad Xaçayev (“Şaxtyor”, Ukrayna), Oktay Kazan (“First Vienna”, Avstriya).