Millimizin 20-ci potensial rəqibi müəyyənləşdi
10.05.2016 - 13:34
Millimizin 20-ci potensial rəqibi müəyyənləşdi

Futzal üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan daha bir komanda bəlli olub. Apasport.az saytının məlumatına görə, Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsi Konfederasiyasının (KONKAKAF) çempionatında yarımfinala vəsiqə əldə edən Kosta-Rika millisi mundialda oynamaq hüququ qazanıb.

 

KONKAKAF-ın 4 ən yaxşı komandası Kolumbiyada oynamağa vəsiqə əldə etdiyindən kosta-rikalılar öz zonasında ilk xoşbəxt olub. Onlar öz meydanlarında keçirilən qitə çempionatının ilk iki matçındakı qələbəylə yarımfinala, həm də dünya çempionatın vəsiqə əldə edib. 1992, 2000 və 2012-ci illərdə də dünya çempionatında oynayan Kosta-Rika 4-cü dəfə bu yarışda çıxış edəcək.

 

Beləliklə, sentyabrın 10-dan oktyabrın 1-dək keçiriləcək final mərhələsinə vəsiqə qazananların sayı 21-ə çatıb. Meydan sahibi Kolumbiya ilə yanaşı, son dünya çempionu Braziliya, həmçinin Argentina, Paraqvay Cənubi Amerikanı, Özbəkistan, İran, Tailand, Avstraliya, Vyetnam Asiyanı, Solomon adaları Okeaniyanı, Misir, Mərakeş, Mozambik Afrikanı, Azərbaycan, Qazaxıstan, Rusiya, Ukrayna, İspaniya, Portuqaliya, İtaliya Avropanı, Kosta-Rika KONKAKAF-ı təmsil edəcək. Qrup mərhələsində Azərbaycan millisinin potensial rəqiblərinin sayı isə 20-di.  Mundialın son 3 iştirakçısı da KONKAKAF zonasını təmsil edəcək