Futzal üzrə dünya çempionatının final mərhələsinin bütün iştirakçıları bəlli olub. Apasport.az saytının məlumatına görə, Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsi Konfederasiyasının (KONKAKAF) çempionatında yarımfinala vəsiqə əldə edən Panama, Kuba və Qvatemala da mundialda oynamaq hüququ qazanıb.
Onlar bu hüququ daha öncə əldə edən Kosta-Rika millisinin ardından yarımfinala yüksəlib. KONKAKAF-ın 4 ən yaxşı komandası Kolumbiyada oynamağa vəsiqə əldə etdiyindən bu zonanın bütün xoşbəxtləri müəyyənləşib.
Beləliklə, sentyabrın 10-dan oktyabrın 1-dək keçiriləcək final mərhələsinə vəsiqə qazanan 24 komandanın hamısı bəlli olub. Meydan sahibi Kolumbiya ilə yanaşı, son dünya çempionu Braziliya, həmçinin Argentina, Paraqvay Cənubi Amerikanı, Özbəkistan, İran, Tailand, Avstraliya, Vyetnam Asiyanı, Solomon adaları Okeaniyanı, Misir, Mərakeş, Mozambik Afrikanı, Azərbaycan, Qazaxıstan, Rusiya, Ukrayna, İspaniya, Portuqaliya, İtaliya Avropanı, Kosta-Rika, Panama, Qvatemala, Kuba KONKAKAF-ı təmsil edəcək. Qrup mərhələsində Azərbaycan millisinin potensial rəqiblərinin sayı isə 23-dü.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı