[b]Azərbaycan millisi: 22 ildə ilk dəfə [/b]
08.10.2016 - 21:55
[b]Azərbaycan millisi: 22 ildə ilk dəfə [/b]

Azərbaycan millisi tarixində ilk dəfə ardıcıl iki seçmə oyununda qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, seçmə mərhələlərdə 1994-cü ildə debüt edən komandamız 22 illik çıxışları ərzində ilk dəfə qələbə seriyasına imza atıb.

 

Komandamız DÇ-2018-in seçmə mərhələsində San-Marinonun ardından Norveçi də 1:0 hesabı ilə məğlub edib. Bu, yığma tarixində görünməmiş və ilk dəfə gerçəkləşən qələbə seriyasıdı.

 

Cəmi 2 matçdan ibarət belə seriyayadək 10 dəfə meydanı qalib kimi tərk edən komandamız heç vaxt uğurun ardını gətirə bilməmişdi.

 

Seçmə mərhələlərdəki 11-ci qələbəsini səfərdə əldə edən futbolçularımız 12-ci uğurunu Bakı Olimpiya Stadionunda qazandı.