Millimizin oyununu idarə edəcək hakimi yaxından tanıyaq
10.10.2014 - 20:20
Millimizin oyununu idarə edəcək hakimi yaxından tanıyaq

AVRO-2016-nın seçmə mərhələsində keçiriləcək Xorvatiya - Azərbaycan oyununun hakimi Stefan Studerin kimliyi məlum olub. Apasport.az saytının məlumatına görə, isveçrəli ədalət təmsilçisi karyerası boyu ikinci dəfə yığma komandamızın qarşılaşmasını idarə edəcək.

 

Dünən 39 yaşını qeyd edən Studerin 2009-cu ildən FİFA referisidir. Onun karyerasında ilk ən yüksək hədd U-17-lər arasında 2011-ci ildə Meksikada keçirilən dünya çempionatının final mərhələsidir. Stefan hakimliklə yanaşı İsveçrədəki xəstəxanaların birində inzibati hospitalın direktorudur vəzifəsində də çalışıb.

 

Fransız, ingilis və alman dillərini bilə referi peşəkar səviyyədə 1982-87-ci illərdə “Grand Lansi” klubunda çıxış edib. Lakin Cenevrə təmsilçisinin heyətində ağır zədə alan Studer futbolçu karyerasını erkən başa vurub.

 

Stefanla millimizin ilk yolu AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində kəsişib. O, 2011-ci ilin 7 oktyabrında Bakıda “Dalğa Arena” stadionunda Avstriya yığması ilə baş tutan qarşılaşanı idarə edib. Komandamızın 4:1 hesabı ilə uduzduğu görüşdə isveçrəli referi millimizin müdafiəçisi Saşa Yunisoğluya matçın 27-ci dəqiqəsində birbaşa qırmızı vərəqə göstərib.

 

Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu oktyabrın 13-də baş tutacaq. 

0