Millimizin rəqibi 3 qolla qalib gəldi
29.07.2016 - 12:06
Millimizin rəqibi 3 qolla qalib gəldi

Futzal üzrə dünya çempionatının final mərhələsində Azərbaycan millisinin rəqibi olan İspaniya yığması yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, pireneylilər Misir futzalçılarını sınağa çəkib.

 

Venansio Lopesin yetirmələri bu görüşdə qələbə qazanıb – 3:1. Rəqibimizin qollarını Rivilyos, Adolfo və Xose Ruis vurublar.

 

Qeyd edək ki, İspaniya və İran milliləri bi gün ikinci yoxlama oyununda üz-üzə gələcək.