[b]Millimizin üzvü oynadı, komandası sülh bağladı[/b]
21.09.2016 - 09:18
Azərbaycan yığmasının futbolçusu Tuğrul Eratın komandası “Duysburq” Almaniyanın III Bundesliqasında növbəti matçını keçirib. Apasport.az saytı xəbər verir ki, komanda VIII tur çərçivəsində "Holştayn Kil"i qəbul edib.
Tərəflərin cəhdlərinə baxmayaraq, görüşdə hesab açılmayıb.
Oyuna start heyətində çıxan Erat 67-ci dəqiqədə Stanislav İlyutçenko ilə əvəzlənib.
Qeyd edək ki, 8 turdan sonra aktivində 15 xalı olan "Duysburq" turnir cədvəlində II pillədə qərarlaşıb.
0
0