Millinin baş məşqçisi yığmadan gedəcəyi vaxtı açıqladı
09.07.2016 - 11:19
Millinin baş məşqçisi yığmadan gedəcəyi vaxtı açıqladı

AÇ-2016-da uğurlu çıxışı ilə diqqət çəkən Uels millisinin baş məşqçisi Kris Koulmen yığma karyerasına aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, britaniyalıları qitə çempionatının yarımfinalına daşıyan mütəxəssis postunu tərk edəcəyi vaxtı da açıqlayıb.

 

O bildirib ki, DÇ-2018-dən sonra postundan gedəcək. Koulmenin qərarına komandasının seçmə mərhələni keçib-keçməməsi və final mərhələsindəki nəticəsi təsir etməyəcək.

 

Mütəxəssis 6-7 illik fəaliyyətdən sonra yığmadan gedib, özünü yeni komandada sınamalı olduğunu qeyd edib.