Millinin heyətində 3 dəyişiklik
03.04.2017 - 15:33
Millinin heyətində 3 dəyişiklik

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, aprelin 2-dən etibarən Bakıda təlim-məşq toplanışında olan millidə 3 futbolçunu digərləri əvəzləyib. Zədəli olduğu üçün Melih Serin, Valeh Qəhrəmanlı (hər ikisi “Neftçi”) və İlahi Quliyev (“Zirə”) hazırlıq prosesindən kənarlaşdırılıb. Onların əvəzinə Hüseyin Mürsəlov, Ülvi Mədətov (hər ikisi “Qəbələ”) və Mürvət Məmmədli ("Vətən") toplanışa dəvət edilib.