Millinin məşqçiləri, veteran futbolçu və AZAL-ın qapıçısı “Əlincə Arena”da
10.09.2016 - 21:03
Millinin məşqçiləri, veteran futbolçu və AZAL-ın qapıçısı “Əlincə Arena”da

Topaz Premyer Liqasının IV turunun “Neftçi” - “Qəbələ” matçını təkcə azarkeşlər izləmir. Apasport.az saytının məlumatına görə, qarşılaşma milli komandanın məşqçilərinin də diqqət mərkəzindədi.

 

Masazır qəsəbəsində yerləşən “Əlincə Arena”dakı görüşü əsas yığmanın məşqçiləri canlı izləyirlər. Belə ki, köməkçi məşqçilər Elxan Abdullayev, Mahmud Qurbanov və Faiq Əzizov, həmçinin baş məşqçi Robert Prosineçkinin xorvatiyalı koməkçiləri də tribunadakı yerlərini alıb, öz qeydlərini götürürlər.

 

Oyundakı rəsmi şəxslərin arasında PFL prezidenti Ramin Musayev də var.

 

Bundan başqa, futbol veteranı Səmədağa Şıxlarov və AZAL-ın qapıçısı Aqil Məmmədov da qarşılaşmanı tribunadan izləyənlər arasındadı.

 

Qeyd edək ki, “Neftçi” – “Qəbələ” oyununda birinci hissədən sonra qonaqlar 5:0 hesabı ilə öndədilər.