“Şaxtyor”un baş məşqçisi Mirça Luçesku gələn ilin fevral ayının 17-də Çempionlar Liqasının 1/8 final mərhələləri çərçivəsində “Bavariya” ilə oyunöncəsi fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, rumın mütəxəssis Münhen klubundakı problemləri təhlil edir.
Luçesku bunları dilə gətirib: “Mən əminəm ki, bu il “Bavariya” “Real”a 0:4 hesablı məğlubiyyət üçün qisas almağa çalışacaq. Biz onların son oyununa baxdıq və mən fikir verdim ki, münhenlilərin məhz harada problemləri var. Qvardiola “Barselona”dakı kimi cərimə və künc zərbələrindən istifadə edir. Ancaq onlar oyuna çox yaxşıələ almağı bacarırlar".
Qeyd edək ki, bu komandalar arasında keçiriləcək ilk oyun Ukraynada baş tutacaq. Cavab qarşılaşması isə martın 11-də reallaşacaq.