“Mançester Yunayted”in yeni baş məşqçisi Joze Mourinyo ixtiyarında görmək istədiyi daha bir oyunçunun adını rəhbərliyə təqdim edib. Apasport.az saytı xəbər verir ki, söhbət “Atletiko”nun futbolçusu Antuan Qrizmanndan gedir.
Mourinyo fransalı yarımmüdafiəçinin oyununu bəyəndiyini və onu nəyin bahasına olursa-olsun, “Mançester Yunayted”ə gətirilməsini bildirib. Klub rəhbərliyi dərhal hərəkətə keçərək, təcrübəli xavbeklə danışıqlara başlayıb.
Qrizmann “Atletiko”da xoşbəxt olsa da, baş məşqçi Dieqo Simeone klubdan ayrılacağı təqdirdə, ona gələn təklifləri dəyərləndirəcək.
Qeyd edək ki, Qrizmann “Atletiko”ya 2014-cü ildə “Real Sosyedad”dan transfer olunub.