Mourinyo daha bir ulduz istəyir
05.07.2016 - 09:41
Mourinyo daha bir ulduz istəyir

Joze Mourinyonu baş məşqçi vəzifəsinə gətirən “Mançester Yunayted” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Zlatan İbrahimoviçlə anlaşan “qırmızı şeytanlar” daha bir ulduz futbolçuya “elçi düşüb”.

 

Portuqaliyalı mütəxəssis “Yuventus”un yarımmüdafiəçisi Pol Poqbanı da sərəncamında görmək arzusundadı. O, Fransa millisinin üzvünün Mançester klubuna dönəcəyinə inanır. “Barselona” və “Real”ın da maraq dairəsində olan 23 yaşlı futbolçunun keçidi üçün ingilislər 80 milyon funt-sterlinq ödməyə hazırdılar.

 

Qeyd edək ki, Pol Poqba “Yuventus”a 2012-ci ildə məhz “Mançester Yunayted”dən keçib.