Mpenza qalmaqalı: “Neftçi” rəsmisi dinləmədə
23.10.2015 - 13:17
Mpenza qalmaqalı: “Neftçi” rəsmisi dinləmədə

Oktyabrın 22-də İsveçrənin Lozanna şəhərində Emil Mpenza məsələsi barədə İdman Arbitraj Məhkəməsinin (CAS) dinləmələri baş tutub. Apasport.az saytının məlumatına görə, dinləmələrdə “Neftçi” tərəfindən prosesə cəlb olunmuş ispaniyalı vəkil Jozef Vandellas, klubun icraçı-direktoru Elnur Məmmədov, Emil Mpenzanın transferi müddətində danışıqlarda və FİFA ilə yazışmalarda iştirak etmiş Qədir Həsənov ilə Tural Piriyev şahid qismində təmsil olunublar.

 

İsveçrə vaxtı ilə saat 9:30-da başlamış dinləmələr 6 saatdan artıq davam edib. İdman Arbitraj Məhkəməsi prosesin bundan sonrakı gedişi və qəbul ediləcək hər hansı qərarla bağlı “Neftçi”yə rəsmi məlumat ünvanlayacaq.

0