Namiq Ələsgərovun yeni klubu bəlli oldu
27.12.2016 - 08:56
“Qarabağ”la yollarını ayıran Namiq Ələsgərovun yeni klubunun adına aydınlıq gəlib. Apasport.az saytı xəbər verir ki, milli komandamızın üzvü “Neftçi” ilə anlaşıb.
Gənc yarımmüdafiəçi Elşən Abdullayevi “Qarabağ”a yola salan paytaxt klubu əvəzində qarşı tərəfdən Ələsgərovla anlaşıb. Ağdam klubu ilə müqaviləsinə xitam verilən 21 yaşlı yarımmüdafiəçi “Neftçi”yə azad agent kimi keçib. Onun yaxın günlərdə yeni komandası ilə 1,5 illik müqavilə imzalaması gözlənilir.
Qeyd edək ki, Namiq Ələsgərov cari mövsümün ilk yarısında “Qarabağ”ın heyətində çempionatda 8 oyunda iştirak edib.
0
0