[b]Neva sahillərində 14 gün[/b]
06.01.2017 - 11:45
[b]Neva sahillərində 14 gün[/b]

Azərbaycan komandaları üçün yeni ildə ilk sınaq Rusiyada gerçəkləşəcək. Apasport.az saytının məlumatına görə, təmsilçilərimizin qatıldığı ilk turnir Sankt-Peterburqda təşkil olunan ənənəvi beynəlxalq yarış olacaq.

 

Artıq neçə illərdi Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirin daimi iştirakçısına çevrilən ölkəmizi bu dəfə U-19 yığması təmsil edəcək. Peterburq İdman Konsert Kompleksinin qəbul edəcəyi yarış yanvarın 8-də start götürəcək.

 

Ayın 21-dək davam edəcək ənənəvi turnir 29-cu dəfə keçirilir. Bu dəfə 16 yığmanın qatılacağı yarışda 1999-cu və daha kiçik təvəllüdlü futbolçular mübarizə aparacaq.

 

Rusiyanın iki komanda – milli və təşkilatçı şəhərin yığması ilə təmsil olunacağı yarışın iştirakçıları 4 qrupda qüvvəsini sınayacaq. Sonra isə komandalar tutduğu yerdən asılı olaraq, daha 3 matç keçirəcək.

 

14 gün Neva sahillərində çıxış edəcək Azərbaycan millisi C qrupunda yer alıb. Təbriz Həsənovun yetirmələri Litva, Qazaxıstan və Slovakiya ilə üz-üzə gələcək. Mükafatlara iddiasını davam etdirmək üçün komandamız ilk iki pillədən birini tutmalıdı. Bu baş verməsə, 9-cu yer üçün mübarizə aparmalı olacağıq.

 

FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnir

 

Qrupların tərkibi

A qrupu: Tacikistan, Yunanıstan, Bolqarıstan, Estoniya

B qrupu: Latviya, Belarus, Rusiya, Hindistan

C qrupu: Litva, Azərbaycan, Slovakiya, Qazaxıstan

D qrupu: Moldova, Sloveniya, Sankt-Peterburq, İran

 

I tur

8 yanvar

A qrupu

1) 13:00. Tacikistan - Yunanıstan

2) 15:15. Bolqarıstan - Estoniya

B qrupu

3) 17:30. Latviya - Belarus

19:30. Açılış mərasimi

4) 20:00. Rusiya – Hindistan

9 yanvar

C qrupu

5) 13:00. Litva – Azərbaycan

6) 15:15. Slovakiya - Qazaxıstan

D qrupu

7) 17:30. Moldova - Sloveniya

8) 20:00. Sankt-Peterburq – İran

 

II tur

10 yanvar

A qrupu

9) 13:00. Estoniya - Yunanıstan

10) 15:15. Bolqarıstan - Tacikistan

B qrupu

11) 17:30. Hindistan - Belarus

12) 20:00. Rusiya - Latviya

11 yanvar

C qrupu

13) 13:00. Qazaxıstan – Azərbaycan

14) 15:15. Slovakiya - Litva

D qrupu

15) 17:30. İran - Sloveniya

16) 20:00. Sankt-Peterburq - Moldova

 

III tur

12 yanvar

A qrupu

17) 13:00. Tacikistan - Estoniya

18) 15:15. Yunanıstan - Bolqarıstan

B qrupu

19) 17:30. Latviya - Hindistan

20) 20:00. Belarus - Rusiya

13 yanvar

C qrupu

21) 13:00. Litva - Qazaxıstan

22) 15:15. Azərbaycan - Slovakiya

D qrupu

23) 17:30. Moldova - İran

24) 20:00. Sloveniya – Sankt-Peterburq

 

9-16-cı yerlər uğrunda

14 yanvar

25) 17:30.  A3 – B4

26) 20:00.  B3 – A4

15 yanvar

27) 13:00. C3 – D4

28) 15:15. D3 – C4

 

1-8-ci yerlər uğrunda

15 yanvar

29) 17:30. A1 – B2

30) 20:00. B1 – A2

16 yanvar

31) 17:30. C1 – D2

32) 20:00. D1 – C2

 

13-16-cı yerlər uğrunda

17 yanvar

33) 13:00. M25 – M27

34) 15:15. M26 – M28

9-12-ci yerlər uğrunda

17 yanvar

35) 17:30. Q25 – Q27

36) 20:00. Q26 – Q28

5-8-ci yerlər uğrunda

18 yanvar

37) 13:00. M29 – M31

38) 15:15. M30 – M32

1-4-cü yerlər uğrunda

39) 17:30. Q29 – Q31

40) 20:00. Q30 – Q32

 

20 yanvar

15-ci yer uğrunda

41) M33 – M34

13-cü yer uğrunda

42) Q33 – Q34

11-ci yer uğrunda

43) M35 – M36

9-cu yer uğrunda

44) Q35 – Q36

 

21 yanvar

7-ci yer uğrunda

45) M37 – M38

5-ci yer uğrunda

46) Q37 –Q38

3-cü yer uğrunda

47) M39 – M40

1-ci yer uğrunda

48) Q39 – Q40

 

22:00. Bağlanış mərasimi

 

Qeyd: oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib. Cütlərdə M – məğlub, Q –qalibi göstərir.