Nianq “Milan”ı yarı yolda qoydu
08.03.2016 - 00:20
Nianq “Milan”ı yarı yolda qoydu

“Milan” ağır itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, "rossonyerlər"in hücumçusu M'Baye Nianq mövsümün sonuna kimi komandasına kömək edə bilməyəcək.

 

Bir müddət öncə avtomobil qəzasına düşərək ayağından zədə alan Nianqın əvvəlcə 2 ay yaşıl meydandan kənarda qalacağı deyilsə də, təkrar müayinədən sonra fransalı hücumçunun əməliyata ehtiyacı olduğu və mövsümün sonuna kimi oynaya bilməyəcəyi məlum olub.

 

21 yaşlı forvard yaxın günlərdə Hollandiyada əməliyat olunacaq.

 

Nianq A seriyasının cari mövsümündə "Milan"ın heyətində meydana çıxdığı 16 oyunda 5 qol və 4 məhsuldar ötürməyə imza atıb.